Jurnalın təsisçiləri
Azərbaycan Milli Elmlər Akademiyası Īnstitutu «Elm və təhsil» nəşriyyatı.

Doi qaydaları

AMEA prefiksli DOİ identifikatoru verilməsi ilə əlaqədar
AMEA-nın elmi jurnallarının məqalələrinin tərtib olunmasına zəruri

qaydalar

1. Jurnalın məqalələrinin hər səhifəsində (başlığında və ya sonunda) jurnal
haqqında məlumat əks olunmalıdır (jurnalın adı, nömrəsi, ili və İSSN-i).
2. Hər bir məqalənin adı, xülasəsi və müəllifləri ingilis dilində də
yazılmalıdır. Bunlardan əlavə məqalələrdə standart indekslərin (UOT və ya
digər), açar sözlərin, müəlliflərin e-maili və ORCİD-inin də qeyd olunması
tövsiyyə olunur.
3. Hər bir məqalə word formatında(və ya latex) saxlanılmalı və bu faylın
adında
jurnalın ingilis dilində abreviaturası, ili, nömrəsi və məqlənin səhifəsi qeyd
olunmalıdır. Məsələn: AZERBAIJAN LITERATURE STUDIES
jurnalının 2023-cü il, №1-in, birinci məqaləsinin word faylı (və ya latex)
belə adlanmalıdır: azls2023_1_5.docx (“azls” jurnalın abreviaturası,
“2023” ili, “1” nömrəsi, “5” məqalənin başlanğıc səhifəsi).
4. Jurnala daxil olan bütün məqalələrin hər biri ayrı-ayrılıqda qeyd
olunan qaydada word formatında(və ya latex) saxlanıldıqdan sonra,
jurnalın bütün məqalələrinin word fayllarının (və ya latex) toplusunun 1
məktuba əlavələr şəklində bu ünvana [email protected]
göndərilməsi xahiş olunur.
5. DOİ verildikdən sonra hər bir məqalə ayrı-ayrılıqda pdf formatında
sizə geri göndəriləcəkdir.
6. AMEA prefiksli DOİ identifikatoru verilmiş bütün məqalələr bu məqsədlə
yaradılmış və sərbəst girişli doi.science.gov.az saytında yerləşdiriləcək.
DOİ identifikatoru verilmiş və bu saytda yerləşdirilmiş məqalələrə
sonradan hər hansı əlavə və ya düzəlişlərin edilməsi məqbul deyil.